Böyrək xəstəliyinin gözlənilməz əlaməti aşkarlandı

Böyrək xəstəliyinin gözlənilməz əlaməti aşkarlandı






presstv

"Presstv"az #diabet, #Sağlamlıq, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Koreyalı alimlər xroniki böyrək xəstəliyi ilə dişlərin tökülməsi arasında əlaqə olduğunu müəyyən ediblər.

presstvaz xəbər verir ki, Chonnam Universitetinin tədqiqatçıları Koreya Milli Sağlamlıq və Qidalanma Sorğusunun 40 yaşdan yuxarı 16125 iştirakçısının məlumatlarını təhlil ediblər.

"Renal Failure" jurnalında dərc olunan nəticələrə görə 20-dən az dişi olan insanlarda xroniki böyrək xəstəliyinə daha çox rast gəlinir. Bu əlaqə yaş, cins, gəlir səviyyəsi, siqaret, şəkərli diabet və yüksək təzyiq kimi amillər nəzərə alındıqdan sonra da özünü göstərib.

Hesablamalara əsasən ağız boşluğunun bu vəziyyətdə olması böyrək xəstəliyinə tutulma riskini təxminən üçdə bir artırır. Alimlər böyrək xəstəliklərinin qarşısının alınması və müalicəsində ağız sağlamlığının da nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, bu yaxınlarda elm adamları laboratoriyada ilk dəfə insan dişi yetişdirməyə nail olublar. Bu isə gələcəkdə dişlərin bərpasına yanaşmanı tamamilə dəyişə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv