"Fənərbağça" Çempionlar Liqası həsrətinə son verə biləcək?

"Fənərbağça" Çempionlar Liqası həsrətinə son verə biləcək?






presstv

"Presstv"az #Avropa, #Futbol, #İstanbul, #Niderland, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin "Fənərbağça" klubunun Çempionlar Liqası həsrəti davam edir. 

İstanbul klubu 15 ildir ki, Avropanın 1 nömrəli klub turnirinə qatıla bilmir. Bu isə azarkeşlərin məyusluğuna səbəb olur. Hər mövsüm olduğu kimi bu il də əsas hədəf olaraq Çempionlar Liqasına qatılmaq hədəfi ilə yola çıxılıb. Lakin III təsnifat mərhələsində Niderland nəhəngi "Feyenoord" ilə rəqib oldular. Bunun da onların işini bir qədər çətinləşdirdiyi proqnozlaşdırılır. 

Maraqlıdır, "Fənərbağça" bu mövsüm Çempionlar Liqası həsrətinə son qoya biləcəkmi? 

Mövzu ilə bağlı futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, "Fənərbağça"nın bu mövsüm də Çempionlar Liqasına qatılması çox çətindir:

"Çünki III təsnifat mərhələsində "Feyenoord" kimi güclü rəqiblə düşüblər. İki komandanı müqayisə edəndə Niderland təmsilçisi öndə görünür. Üstəlik, "Fənərbağça"nın daxili çempionatdakı oyunlarda necə boşluqlar verdiyi hamıya məlumdur. 

Xüsusilə müdafiə və yarımmüdafiə xətti arasında ciddi boşluqlar olur. Bundan başqa, komandanın heyəti də güclü deyil. Düzdür, yeni transferlər ediblər. Amma nə qədər işə yarayacağı da tam olaraq bilinmir. Transfer həmlələrində belə ciddi səhvlərə yol verirlər. Ulduz futbolçular alırlar, ancaq bu da effekt vermir. Bütün bunlara görə "Fənərbağça"nın "Feyenoord"u keçə biləcəyini zənn etmirəm". 

Ekspert Türkiyə klubunun "pley-off" mərhələsinə keçmə ehtimalı barədə də danışıb:

"Futbolda hər şeyi dəqiq demək olmur. Aşağı ehtimal olsa da, "Fənərbağça" "Feyenoord"u keçə də bilər. Ancaq "pley-off" mərhələsinə keçsə belə, oradan Çempionlar Liqasına qatılmaq ehtimalları da kifayət qədər aşağıdır. 

Çünki o mərhələdə Avropanın ortabab komandaları gəlir. Onlar isə İstanbul təmsilçisi üçün ciddi problem yarada bilər. Bu səbəbdən də "Fənərbağça"nın Çempionlar Liqası həsrətinə son verəcəyini düşünmürəm. Lakin püşkatmadan zəif komanda çıxsa, nəticə fərqli ola bilər". 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv