Dolğu etdirmək istəyənlərə qorxunc xəbərdarlıq – Bədəniniz çürüyə bilər

Dolğu etdirmək istəyənlərə qorxunc xəbərdarlıq – Bədəniniz çürüyə bilər






presstv

"Presstv"az #Azərbaycan, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illərdə estetik prosedurların populyarlaşması ilə dolğu (filler) tətbiqlərinə maraq xeyli artıb. Bəzi hallarda dolğuların ciddi fəsadlara – o cümlədən toxuma zədələnməsi və hətta dəri altı nahiyələrin çürüməsinə (nekroza) səbəb olduğunun şahidi oluruq.

Xüsusilə burun, alın və dodaq ətrafı kimi damarlara yaxın bölgələrdə səhv inyeksiyaların həyati təhlükə yaratması ilə bağlı təcrübələr kifayət qədərdir.

Bəs dolğular hansı hallarda bədənin çürüməsinə səbəb ola bilir?

Mövzu ilə bağlı kosmetoloq Səadət Mustafayeva Bizim.Media-ya danışıb.

O, dolğunun əsas risk faktorlarından bəhs edib.

"Dolğuda iki əsas risk faktoru var: həkimin peşəkarlığı və istifadə olunan preparatın keyfiyyəti. Əgər həkim lazımi tibbi savada malik deyilsə və keyfiyyətsiz dolğu maddəsindən istifadə edilirsə, nəticələr ciddi ola bilər.

Həkim preparatı inyeksiya edərkən onun damara daxil olmamasına xüsusi diqqət yetirməlidir. Uyğun olmayan nahiyəyə tətbiq və ya süni, keyfiyyətsiz maddənin istifadəsi damarlarda tıxanma yarada bilər. Bu zaman qan dövranı pozulur, toxumalar oksigensiz qalır və nəticədə çürümə – yəni nekroz baş verir".

Kosmetoloq bildirib ki, bəzi süni sintetik dolğular insan orqanizmində "yatmış bomba" effekti yaradır.

"Belə maddələr zamanla əyilmə, fibrozlaşma, iltihab və allergik reaksiyalara səbəb ola bilər. Hətta dolğunun içindəki maddə illər sonra fəsad verməyə başlayır. Təbii dolğuların keyfiyyətli və keyfiyyətsiz olan növləri var".

S.Mustafayevanın sözlərinə görə, hazırda Azərbaycanda bu sahədəki ən böyük problem keyfiyyətsiz preparatların istifadəsidir. Bu isə həkimlərin alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır.

"Əgər dolğu materialı keyfiyyətlidirsə və prosedur peşəkar şəkildə aparılıbsa, çürümə riski yoxdur".

Kosmetoloq proseduru etdirərkən təcrübəli və ixtisaslı həkim seçməyi tövsiyə edib.

"Eyni zamanda prosedurun steril şəraitdə aparılmasına diqqət edilməli, yalnız sertifikatlı və keyfiyyətli dolğu preparatlarından istifadə olunmalıdır", – deyə o xəbərdarlıq edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv