Duyğusal yükdən necə azad olaq? – Psixoloqdan praktiki məsləhətlər

Duyğusal yükdən necə azad olaq? – Psixoloqdan praktiki məsləhətlər






presstv

"Presstv"az #Ailə, #Depressiya, #Düzgün qidalanma, #Hadisə, #Psixoloq, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Emosional tükənmə klinik psixologiyada və psixiatriyada emosional, eləcə də zehni resursların tədricən tükənməsi kimi qiymətləndirilir". 

presstvaz xəbər verir ki, bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu hal əsasən xroniki stresə məruz qalan şəxslərdə, davamlı psixoloji gərginlik və emosional yüklənmə yaşayanlarda müşahidə olunur:

"Ən çox tükənmişlik sindromu, depressiv spektr pozuntuları və davranış pozuntuları ilə əlaqələndirilir. Bunun bir çox səbəbi var. Amma bu gün məsələyə klinik tərəfdən baxacağıq". 

Ekspert bu halın əsas kliniki səbəblərindən bəhs edib:

"İlk növbədə daimi emosional gərginliyi qeyd edə bilərik. Bu, xüsusilə xidmət sahəsində çalışanlar və ailə yükünü daşıyan şəxslərdə rast gəlinir. Həmçinin, öz ehtiyaclarını görmədən hər zaman başqalarının rifahını önə çəkməyə çalışmaq da klinik səbəblər sırasındadır".

Həmsöhbətimiz digər səbəblərdən də bəhs edib:

"Bəzi insanlar hisslərini ifadə edə bilməyərək, onları daxildə saxlayır və bunun nəticəsində psixofizioloji gərginlik yaşayırlar. Bir çox şəxsdə isə yuxu və istirahət pozuntuları yaşanır. Daha dəqiq desək, onlarda davamlı zehni fəaliyyətin bərpası mümkün olmur. Digər səbəb isə kiçik hadisələrə qarşı həddindən artıq reaksiya verməkdir". 

Zəhra Zahidovanın sözlərinə görə, emosional olaraq tükənən şəxslərdə aşağıdakı hallar müşahidə olunur:

"Onlarda əsasən baş ağrısı, ürək döyüntüsünün artması və yorğunluq əlamətləri özünü göstərir. Bundan başqa, davamlı olaraq kədərli, əsəbi və motivasiyasız olurlar. Bu şəxslər insanlardan uzaqlaşmağa və münasibətlərdən qaçmağa meyilli olurlar".

Mütəxəssis emosional tükənmədən xilas yollarını da göstərib:

"Bunun üçün psixoloji dəstək alına bilər. Müalicə zamanı keyfiyyətli yuxuya, düzgün qidalanmağa və fiziki aktivliyə də diqqət yetirmək lazımdır. Həmçinin, bu şəxslər yaşadıqları çətinlikləri etibar etdikləri insanlarla paylaşa və sosial əlaqələrini qorumalıdırlar. 

Ümumiyyətlə, ünsiyyət qurmaq və yazı yazmaq kimi fəaliyyətlər də bu vəziyyətdə insana yaxşı təsir edir. Düşünürəm ki, emosional olaraq tükənməmək üçün insanlarla aranıza sərhəd qoymağı və "yox" deməyi öyrənməlisiniz".

Psixoloq vurğulayıb ki, emosional tükənmə yalnız psixoloji hal deyil, həm də klinik cəhətdən qiymətləndirilməli bir pozuntudur:

"Bu hal uzun müddət davam edər və müalicə olunmazsa, major depressiya, davranış pozuntusu, eləcə də psixosomatik xəstəliklərə səbəb ola bilər. Ona görə də müdaxilənin nə qədər erkən olarsa, bərpanın da bir o qədər sağlam və davamlı olacağını unutmayın".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv