Bakıda Vətən müharibəsinə həsr olunan filmin epizodları çəkiləcək

Bakıda Vətən müharibəsinə həsr olunan filmin epizodları çəkiləcək






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Bakı, #Cəbrayıl, #Füzuli, #Hadrut, #Müharibə, #Şuşa, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vətən müharibəsinə həsr olunan "44" bədii filminin çəkilişləri davam edir.

presstvaz xəbər verir ki, mayın 4-də paytaxtın mərkəzi hissəsində filmin bəzi epizodlarının çəkilişləri aparılacaq.

Qeyd edək ki, həmin gün keçiriləcək "Bakı Marafonu 2025" ilə əlaqədar bir sıra küçə və prospektlərdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bəzi yollarda avtomobillərin hərəkətinin məhdudlaşdırıılmasından istifadə edilərək filmin çəkilişlərinin səhər saat 04:00-09:45 aralığında həmin ərazilərdə aparılması nəzərdə tutulur.

Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlaşdıran "44" bədii filminin çəkilişləri Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv