Bonobo dişiləri – Heyvanlar aləmində erkəkləri cilovda saxlamağı bacaran yeganə varlıqlar

Bonobo dişiləri – Heyvanlar aləmində erkəkləri cilovda saxlamağı bacaran yeganə varlıqlar






presstv

"Presstv"az #Almaniya, #Araşdırma, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elm dünyası maraqlı və diqqətçəkən bir kəşfə imza atıb. Məlum olub ki, bonobo dişiləri təbiətdə erkəklər üzərində hökmranlıq quran yeganə məməli növüdür.

presstvaz xəbər verir ki, bu qeyri-adi sosial dinamika ilə bağlı məlumat “Discover Magazine” nəşrində dərc olunub. Araşdırmanı Almaniyanın Maks Plank İnstitutunun alimləri aparıblar. Onlar bonobolar üzərində 30 ilə yaxın müşahidə apararaq bu nəticəyə gəliblər.

Tədqiqatçılar ümumilikdə 1 786 münaqişə halını təhlil ediblər. Nəticələrə görə, bu qarşıdurmaların 1 099-da qalib tərəf məhz dişilər olub.

Bonobo dişiləri güclü sosial koalisiyalar yaradaraq erkəklərə qarşı üstünlük qazanır, onları ağaclara qaçmağa məcbur edir və bəzən hətta xəsarət yetirirlər. Bu hal məməlilər aləmində son dərəcə nadir rast gəlinən bir nümunədir və “qadın həmrəyliyinin gücü”nü aydın şəkildə göstərir.

Alimlərin fikrincə, dişilərin bu üstünlüyü yalnız fiziki gücə əsaslanmır. Onlar, həmçinin ovulyasiya dövrünü məharətlə gizlədə bilirlər. Bu ağıllı strategiya erkəklərin onları tam nəzarət altına almasının qarşısını alır. Nəticədə bonobo dişiləri təbiət dünyasında unikal üstünlük əldə edirlər.

Araşdırma alimlərə cinsiyyət rolları və sosial münasibətlərə fərqli bir baxış bucağından yanaşmaq imkanı yaradıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv