Dünyada yeganə olan kabriolet satışa çıxarılacaq

Dünyada yeganə olan kabriolet satışa çıxarılacaq






presstv

"Presstv"az #Almaniya, #Avto, #Hərrac

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“RM Sotheby’s” hərracında dünyada mövcud olan yeganə kabriolet “Porsche 959” təqdim olunacaq.

presstvaz xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.

Avtomobil bir vaxtlar ağır qəzaya uğradıqdan sonra unikal kuzova sahib olub. Ekspertlər bu nadir modelin satış qiymətinin 1.5 milyon avroya çata biləcəyini ehtimal edirlər.

Qeyd edək ki, “Porsche 959” yalnız kupe kuzovunda istehsal olunub. Lakin yarışçı Yurgen Lessiq tərəfindən idarə olunan 1987-ci il istehsalı bu avtomobil 1988-ci ildə Almaniya avtobanında qəzaya düşüb. Qəza sonrası avtomobilin sahibi onu satışa çıxarıb.

Yeni sahibi isə avtomobili yalnız bərpa etməklə kifayətlənməyib, onu tam qatlanan tavana malik ağ rəngli kabrioletə çevirib.

Bu unikal superkar 1989-cu ildə Frankfurt avtosalonunda ictimaiyyətə nümayiş etdirilib. O vaxtdan bəri avtomobil cəmi 8.3 min kilometr məsafə qət edib.

Model 450 at gücünə malik 2.8 litrlik ikiturbolu mühərriklə təchiz olunub və hazırda əla texniki vəziyyətdədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv