Peruda beş min illik məzar tapılıb

Peruda beş min illik məzar tapılıb






presstv

"Presstv"az #Araşdırma, #Çin, #Misir, #Peru

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Peru sahillərində 5 min illik qadın məzarı tapılıb.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Alimlərin qənaətinə görə, qadın qədim Karal sivilizasiyasının ali təbəqəsinə mənsub olub. Arxeoloqlar bildirirlər ki, Perunun paytaxtı Limadan təxminən 180 kilometr məsafədə yerləşən eyniadlı Karal şəhəri Cənubi Amerikanın ən qədim yaşayış məskəni hesab olunur. Tarixi araşdırmalara əsasən, burada insanlar qədim Misir, Çin və Şumer sivilizasiyaları ilə eyni dövrdə yaşayıblar.

Tapıntı onu da göstərib ki, bu sivilizasiyada yalnız kişilər deyil, qadınlar da mühüm rol oynayıblar. 20-35 yaşlarında vəfat etdiyi güman edilən qadının cəsədi Amazon ara tutuquşusuna aid ola biləcək göy və qəhvəyi rəngli lələklərlə bəzədilmiş mantiyaya bükülü vəziyyətdə aşkarlanıb.

Arxeoloqlar əlavə ediblər ki, məzarın ətrafında səbətlər, gil qablar, balqabaq və tukan quşunun dimdiyi də tapılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv