“Windows”da yaranan sirli qovluq barədə XƏBƏRDARLIQ

“Windows”da yaranan sirli qovluq barədə XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Hakerlər, #Jurnalistlər, #Microsoft

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

XDA ekspertləri “Windows” istifadəçilərinə yeni təhlükə barədə xəbərdarlıq ediblər.

presstvaz xəbər verir ki, bu barədə XDA nəşrinin rəsmi saytında məlumat verilib.

Ekspertlərin bildirdiyinə görə, hakerlər milyonlarla “Windows” istifadəçisinə zərərsiz görünən, lakin əslində təhlükəli olan boş qovluqlar vasitəsilə hücum edə bilərlər.

Məlumata əsasən, aprel ayının əvvəlindən bir çox istifadəçinin kompüterində gözlənilmədən “inetpub” adlı boş bir qovluq peyda olub. Sonradan “Microsoft” bu qovluğun təhlükəsizlik məqsədilə sistem tərəfindən yaradıldığını bəyan edib və onun silinməməsini tövsiyə edib.

Lakin kibertəhlükəsizlik üzrə tanınmış mütəxəssis Kevin Bomont bildirib ki, həmin qovluq hakerlər tərəfindən zərərli əmrlərin icrası və vacib təhlükəsizlik yeniləmələrinin qarşısının alınması üçün istifadə oluna bilər. Onun sözlərinə görə, bu vəziyyət “Windows” sistemlərinin müxtəlif hücumlara qarşı daha həssas olmasına səbəb ola bilər.

Bomont bu problemin ciddiliyi ilə bağlı “Microsoft” şirkətinə məlumat verdiyini, lakin hələlik heç bir cavab almadığını da qeyd edib.

XDA jurnalistləri xatırladıblar ki, “inetpub” qovluğu “Windows”un CVE-2025-21204 kodlu təhlükəsizlik yeniləməsi ilə əlaqədar yaradılıb. “Microsoft” bu qovluğun sistemin müdafiəsində mühüm rol oynadığını iddia etsə də, şirkətin məsələ ilə bağlı kifayət qədər şəffaf və aydın izah verməməsi həm kibertəhlükəsizlik mütəxəssisləri, həm də istifadəçilər arasında narahatlıq doğurub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv