Ötən gün vətəndaşların bank kartlarından 21 min manatdan çox vəsait oğurlanıb

Ötən gün vətəndaşların bank kartlarından 21 min manatdan çox vəsait oğurlanıb






presstv

"Presstv"az #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vətəndaşların bank kartlarından aprelin 22-də 21 min 139 manat və 25 dollar oğurlanıb.

presstvaz bildirir ki, bu barədə   Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

“Kartın üzərindəki CVV/CVC-kodu, SMS vasitəsilə göndərilən OTP-kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN-kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pul, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 22-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 9 100, 6 100, 2 290, 755, 755, 600, 390, 311, 204, 200, 157, 147, 80, 50 manat və 25 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb”.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – deyə məlumatda qeyd olunub.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv