Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb






presstv

"Presstv"az #Azərbaycan, #Çin, #Çin Xalq Respublikası, #İlham Əliyev, #Müharibə, #Nəqliyyat, #Orta Dəhliz, #Rusiya, #Si Cinpin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Rusiya mətbuatında geniş işıqlandırılıb.

presstvaz    xəbər verir ki, “TASS” agentliyi Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində keçirilmiş görüşə həsr olunmuş məqalə yayıb. Yazıda Çin Liderinin “tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarına zərər vurur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamını pozur” sözləri sitat gətirilir.

Bildirilib ki, Si Cinpin BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanan beynəlxalq nizamın qorunması üçün Çinin Azərbaycanla birgə işləməyə hazır olduğunu vurğulayıb.

“Nezavisimaya qazeta” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərinə həsr olunmuş geniş analitik məqalədə qeyd olunur ki, səfərin məqsədi strateji tərəfdaşlığın dərinləşdirilməsi, o cümlədən iki ölkə arasında vizasız rejim haqqında sazişin imzalanmasıdır. Nəşr Prezident İlham Əliyevin “Sinxua” agentliyinə müsahibəsinə də toxunub. Oxucuların diqqətinə çatdırılıb ki, həmin müsahibədə Prezident beynəlxalq məsələlərdə əməkdaşlığı genişləndirməyə və iki dövlətin maraqlarını birgə müdafiə etməyə hazır olduğunu vurğulayıb. Yazıda Çinlə təmasların gücləndirilməsini Orta Dəhliz layihəsi, regionda nəqliyyat və iqtisadi inteqrasiya imkanları ilə əlaqələndirən ekspertlərin fikirlərinə də yer verilib.

“Vestnik Kavkaza” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin aprelin 23-də Pekində keçirilmiş görüşün yekunları üzrə qəbul edilmiş birgə bəyanatı barədə ətraflı məqalə dərc edib. “BMT mərkəzli dünya nizamı”nın və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan beynəlxalq nizamın dəstəklənməsi diqqət mərkəzində olub.

“Kommersant” qəzeti Çin sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşü işıqlandırıb, danışıqların iqtisadi və ticarət aspektlərinə diqqət yetirib. Məqalədə tarif müharibələrinə qarşı kəskin çıxış edən və onların “qlobal iqtisadi nizamı və ticarət sistemini pozduğunu, ölkələrin hüquq və maraqlarını pozduğunu” qeyd edən Çin liderinin bəyanatlarından sitat gətirilir.

“Böyük Asiya” informasiya portalı yazıb ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyevin apardıqları danışıqların əsas nəticəsi iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması olub. Nəşrdə vurğulanır ki, səfər çərçivəsində 20-dən çox ikitərəfli sazişin, o cümlədən qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş imzalanıb.

“RİA Novosti” Çinin Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları zamanı səsləndirdiyi bəyanatlarla bağlı məqalə dərc edib. Bildirilib ki, Çin lideri ticarət müharibələrinin dağıdıcı nəticələri barədə xəbərdarlıq edib.

“EADaily” agentliyi Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında keçirilən danışıqların yekunları üzrə imzalanmış Birgə Bəyanatın əsas məqamlarını işıqlandırıb. Azərbaycanın təklif etdiyi sülh gündəliyinə Çinin güclü dəstəyi diqqət mərkəzində olub. Bəyanatda tərəflərin əks-məhsuldar adlandırdıqları qarşıdurma xarakterli geosiyasi oyunlar pislənilib.\azərtac/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv