Azərbaycanda mediator olması qadağan edilən şəxslərin siyahısı GENİŞLƏNDİRİLİR

Azərbaycanda mediator olması qadağan edilən şəxslərin siyahısı GENİŞLƏNDİRİLİR






presstv

"Presstv"az #Azərbaycan, #Hakim, #Məhkum, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda mediator olması qadağan edilən şəxslərin siyahısı genişləndirilir.

presstvaz xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Layihəyə əsasən, din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son üç il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq-mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər mediator ola bilməzlər.

Mövcud qanunvericiliyə əsasən, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslərin mediator olması qadağandır.

Həmçinin mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin istifadəsində ən azı iki otaqdan ibarət, Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır.

Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş il olacaq.

“Mediasiya haqqında” Qanunun 16.2-ci maddəsində göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə biləcək.

Xəbərdarlıq intizam tənbehi sayılmayacaq.

Mediasiya Şurası mediatorların və mediasiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tədbirlər görəcək.

Mediasiya təşkilatı mediatoru üç iş günü ərzində təyin edəcək.

Mediasiya tərəfləri “Mediasiya haqqında” Qanunun 36.7-ci maddəsində nəzərə tutulmuş hal istisna olmaqla mediasiya xərclərini ödəyəcəklər.

Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Mərahim Nəsib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv