Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atıldı

Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atıldı






presstv

"Presstv"az #Almaniya, #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #Qəbələ, #Qida məhsulları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atılıb. İlk dəfə olaraq, Qəbələ Qida Şəhərciyinin ərazisində yerləşən Qəbələ Konserv Zavodu tullantı sularının təmizləmə qurğusunun modernizasiyası zamanı Hərəkətli Yataq Bio-Reaktor (MBBR) Texnologiyasını uğurla tətbiq edib. Bu innovativ həll mövcud təmizləmə sistemlərinin gücünü artıraraq daha səmərəli, ekoloji təmiz və aşağı istismar xərcləri ilə çalışan, az enerji sərf edən, şirkətin dayanıqlılıq hədəflərinə uyğun bir sistem qurmağa imkan yaradır.

Qəbələ Konserv Zavodunun tullantı sularının təmizlənməsi prosesinin modernizasiyası nəticəsində zavodun mövcud su təmizləmə gücü günlük 600 kubmetrdən 2 400 kubmetrə yüksəldilib. Bununla da “Pepsi”, “Natura”, “Jalə”, “Zolotoy sad”, “I’m tea”, “Mia”, “Chipsim” kimi markalar altında müxtəlif sevilən qida məhsullarının istehsal edildiyi Qəbələ Qida Şəhərciyində həm istehsalın dayanıqlılığı, həm də təbiətin qorunması istiqamətində önəmli addım atılıb.

Ərazidə tətbiq edilən MBBR texnologiyası yalnız texnoloji irəliləyiş deyil, eyni zamanda ekoloji dayanıqlılıq və davamlı inkişaf baxımından əhəmiyyətli bir addımdır. Sistemin yüksək təmizləmə qabiliyyəti su ehtiyatlarının qorunmasını, təkrar istifadəni və çaylara axıdılan çirkləndirici maddələrin azalmasını təmin edir. Bu isə ətraf mühitin mühafizəsi və sağlam ekosistemlərin qorunması baxımından mühüm rol oynayır. Eyni zamanda, təmiz su və sağlam ekosistemlər bölgədə yaşayan yerli əhali üçün daha sağlam həyat şəraiti yaradır, su ilə bağlı xəstəliklərin və ətraf mühitlə bağlı risklərin azalmasına səbəb olur. Ekoloji baxımdan təmiz və davamlı fəaliyyət, həmçinin bölgədə kənd təsərrüfatının və turizmin inkişafı üçün də əlverişli zəmin formalaşdırır. Azərbaycanda tullantı sularının daha səmərəli idarə olunması və ekoloji dayanıqlılığın artırılması istiqamətində atılan bu addım, ölkənin sənaye və ekoloji siyasəti ilə yanaşı yerli əhalinin rifahı üçün də böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, MBBR texnologiyasının uğurlu tətbiqlərinə dünyada Böyük Britaniya, Almaniya, İsveçrə daxil olmaqla, bir çox iri müəssisə və şəhər su təmizləmə qurğularında rast gəlinir.

“Novex Group” MMC-nin tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodu müasir texnologiyalara əsaslanan istehsal prosesi və yüksək keyfiyyətli məhsulları ilə seçilir. Zavodda istehsal olunan meyvə şirələri, nektarlar, meyvə konsentratları, qazlı və qazsız sərinləşdirici içkilər həm yerli, həm də beynəlxalq bazarlarda geniş tələbat qazanaraq Azərbaycan qida sənayesində mühüm yer tutur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv