“Azəriqaz”ın vəzifəli şəxslərinin sürücüləri işdən çıxarılırlar? – RƏSMİ AÇIQLAMA

“Azəriqaz”ın vəzifəli şəxslərinin sürücüləri işdən çıxarılırlar? – RƏSMİ AÇIQLAMA






presstv

"Presstv"az #"Azəriqaz", #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun vəzifəli şəxslərin sürücülərinin işdən azad olunması ilə bağlı əmr imzaladığı iddia edilib.

presstvaz xəbər verir ki, məlumatı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yayıb.

O qeyd edib ki, belə olan halda vəzifəli şəxslər öz maşınlarından istifadə edəcəklər və bunun müqabilində onlara təxminən 2 000-2 500 manat vəsait – maşının icarəsi və benzin pulu ödəniləcək.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq yayılan məlumat qəti şəkildə təkzib olunub.

“Azəriqaz” İB-nin baş direktoru vəzifəli şəxslərin sürücülərinin işdən azad olunması ilə bağlı hər hansı bir əmr imzalamayıb. Yayılan məlumatın heç bir əsası yoxdur”, – deyə məlumatda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv