İran XİN rəhbərinin Vaşinqtondakı çıxışı ləğv edildi

İran XİN rəhbərinin Vaşinqtondakı çıxışı ləğv edildi






presstv

"Presstv"az #Audi, #İran, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın xarici işlər naziri Abbas Əraqçının Karnegi İnstitutunun Nüvə Siyasəti üzrə Beynəlxalq Konfransındakı çıxışı ləğv edilib.

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu barədə İranın daimi nümayəndəliyindən məlumat verilib.

Qeyd edək ki, görüş Vaşinqtonda keçirilir və Əraqçı orada virtual şəkildə iştirak etməli idi.

İran nümayəndəsi çıxışın ləğvini proqramın formatının çıxışdan debata dəyişdirilməsi ilə izah edib və Əraqçının planlaşdırılan çıxışının tam mətninin dərc ediləcəyini bildirib.

Eyni zamanda, Karnegi İnstitutunun “X” sosial şəbəkəsində verdiyi açıqlamada qeyd edilib ki, proqramın formatı dəyişməyib, lakin iqtisadçı Stiv Koulun rəhbərliyi ilə müzakirənin keçiriləcəyi və auditoriyadan sualların qaldırılacağı ilə bağlı daha əvvəl gəlinən razılaşmaya baxmayaraq, İran Xarici İşlər Nazirliyi proqramda kəskin dəyişikliklər edilməsini tələb edib.

Karnegi İnstitutundan bildirildiyinə görə, İran Xarici İşlər Nazirliyi tələb edib ki, nə aparıcı, nə də auditoriya suallar versin, bu səbəbdən qurum proqramı ləğv etmək qərarına gəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv