"Qarabağ"ın 15 yaşlı futbolçusu Fransa klubuna yollanır

"Qarabağ"ın 15 yaşlı futbolçusu Fransa klubuna yollanır






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son dövrlər "Qarabağ"ın 15 yaşlı futbolçusu Əli Bəşirov öz oyunu ilə diqqət çəkir.

presstvaz Qol.az-a istinadla xəbər verir ki, o, yaşının az olmasına baxmayaraq, bu qış hətta Qurban Qurbanov tərəfindən əsas komandanın Türkiyənin Antalya şəhərindəki toplanışına cəlb olunub. Yəni hücumameyilli yarımmüdafiəçi öz potensialı ilə baş məşqçi Qurban Qurbanovun da diqqətini çəkib.

Ə.Bəşirov həm də Azərbaycanın U-18 milli komandasının üzvüdür və bu yaxınlarda Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində iştirak edib, gözəl qol vurması ilə fərqlənib.

Ə.Bəşirovun oyunu artıq bəzi xarici klubların da diqqətini cəlb edib. İstedadlı futbolçu Fransanın "Strasburq" klubunun maraq dairəsinə düşüb. Ə.Bəşirov hətta artıq Liqa 1 təmsilçisinin baxışına da dəvət edilib. Bəşirov may ayında Fransaya yola düşəcək və "Strasburq"un düşərgəsində 10-15 günlük baxışda olacaq. Onun gənclərdən ibarət komandada hazırlıq keçəcəyi bildirilir. Bəşirov baxış zamanı da özünü doğrultsa, yeni mövsümdə karyerasını Fransada davam etdirəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv