Ceyhun Bayramov TDT-nin iclasında: “Türkiyə və Naxçıvana qarşı hücumlar qəbulolunmazdır”

Ceyhun Bayramov TDT-nin iclasında: “Türkiyə və Naxçıvana qarşı hücumlar qəbulolunmazdır”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib.

presstvaz xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazir çıxışında artan geosiyasi gərginlik və qlobal qeyri-müəyyənlik fonunda Türk Dövlətləri Təşkilatının üzv ölkələri arasında həmrəyliyin, koordinasiyanın və strateji baxışın artan əhəmiyyətini vurğulayıb.

O, türk dünyasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi tərəfdaşlıqların genişləndirilməsi və regional əlaqələrin inkişaf etdirilməsi sahəsində TDT-nin əhəmiyyətli rolunu vurğulayıb.

Nazir Yaxın Şərqdəki son hərbi hadisələr də daxil olmaqla, gərginləşən təhlükəsizlik mühiti ilə bağlı ciddi narahatlıqlarını dilə gətirib və Türkiyə ərazisini hədəf alan raket buraxılışını, eləcə də İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı dron hücumlarını qətiyyətlə pisləyib.

Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq və ikidövlətli nizamlanma yolu əsasında ədalətli və davamlı həllinə prinsipial dəstəyi də bir daha təsdiqləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv