DMM: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur”

DMM: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı yayılan bəzi məlumatların dezinformasiya xarakteri daşıya biləcəyi barədə xəbərdarlıq edib.

presstvaz xəbər verir ki, bu barədə qurumun “X” hesabında yayılan açıqlamada bildirilib.

Qeyd olunub, son günlər bölgədə baş verən hadisələrlə əlaqədar sosial şəbəkələrdə və bəzi platformalarda Azərbaycan və iki ölkə arasındakı münasibətlərə qarşı tənqid, dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur.

Açıqlamada vurğulanıb ki, Türkiyə və Azərbaycan sarsılmaz tarixi bağlar və ortaq dəyərlərlə bir-birinə bağlıdır və keçmişdə də bir çox sınaqlardan uğurla çıxıblar.

Qeyd olunub ki, prezidentlər Rəcəb Tayyip Ərdoğan və İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında münasibətlər bütün səviyyələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdirilir.

DMM ictimaiyyəti bu qardaşlığa zərər verə biləcək manipulyativ məlumatlara qarşı diqqətli olmağa və rəsmi qurumların açıqlamalarını əsas götürməyə çağırıb.

DMM: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv