Yol polisi sərnişindaşıma ilə məşğul olanlara müraciət edib

Yol polisi sərnişindaşıma ilə məşğul olanlara müraciət edib






presstv

"Presstv"az #Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ), #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib.

Bu barədə presstvaz-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, son günlər ölkənin bir çox bölgələrində havanın kəskin şəkildə dəyişməsi nəticəsində yağışların intensiv olduğu ərazilərdə, xüsusən palçıqla örtülmüş və sürüşkən yollarda hərəkət etmək olduqca çətinləşib:

“Bu çətin şəraitdə yol hərəkətində təhlükəsizlik məsələləri xüsusilə önəm kəsb edir.

Sürücülərdən, xüsusilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərdən xahiş edilir ki, yağışın intensiv yağdığı ərazilərdə, xüsusən palçıqla örtülmüş və sürüşkən olan yollarda hərəkət etməzdən əvvəl yol şəraitini diqqətlə qiymətləndirsinlər. Palçıq və yağıntıların yaratdığı şəraitdə sürət həddini aşmamaq və ehtiyatla hərəkət etmək çox vacibdir. Bu cür vəziyyətlərdə nəqliyyat vasitələrinin idarə edilməsi çətinləşir və qəza riski artır.

Əlverişsiz hava şəraitində sürücülük təcrübəsi zəif olan şəxslərin yola çıxmamaları tövsiyə edilir”.

BDYPİ-nin məlumatında qeyd edilib ki, yolda hər hansı bir çətinliklə qarşılaşıldıqda sürücülər dərhal yaxınlıqda olan yol patrul xidmətinin əməkdaşlarına müraciət etməlidirlər.

BDYPİ bir daha xatırladır ki, hər bir sürücü hərəkət etməzdən əvvəl hava şəraitini və yol vəziyyətini dəqiqləşdirməli, yalnız təhlükəsiz şəraitdə yola çıxmalıdır. Hava şəraiti və yol vəziyyətindən asılı olaraq, sürücülər diqqətli və məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Bu, həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri bir addımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv