İİV-ə yoluxmuş şəxslər ailə qura və dünyaya sağlam övlad gətirə bilərlərmi?

İİV-ə yoluxmuş şəxslər ailə qura və dünyaya sağlam övlad gətirə bilərlərmi?






presstv

"Presstv"az #Ailə, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İİV müsbət statusu olan şəxs ailə qura bilər”.

presstvaz xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında canlı yayımda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, İİV müsbət statusu olan şəxsin infeksiyanı öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə, həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuluna başlamasıdır:

“Çünki, ARV terapiya İİV-ə yoluxmuş şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, eyni zamanda, epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır. Lakin burada vacib məqamlardan biri pasiyentin ARV terapiyaya sadiqliyidir. Xəstələrin müalicə rejiminə düzgün əməl etməməsi, ARV terapiyada uzunmüddətli və periodik fasilələrin verilməsi virusun yenidən aktivləşməsinə, rezistent ştamların yaranmasına səbəb ola bilir. Belə hallarda, hətta öncələr müalicə proqramında olmuş xəstələr virusu asanlıqla öz partnyorlarına yoluxdura bilərlər”.

Direktor bildirib ki, İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər:

“Burada mühüm olan hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır. İİV-ə yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülmənin profilaktikasının böyük əhəmiyyəti var. Bu istiqamətdə ölkəmizdə uğurlu nəticələr əldə edilib. Son illər ərzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikasına cəlb olunmuş virusla yaşayan hamilə qadınlardan virusun anadan uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və mərkəzdə qeydiyyata götürülüb, ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar mərkəzin pediatrının nəzarətinə götürülür və onlara da İİV-infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası aparılır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv