İşıq sayğacına 20 manat yüklədi, bir hissəsi yoxa çıxdı: SƏBƏB NƏDİR? – VİDEO

İşıq sayğacına 20 manat yüklədi, bir hissəsi yoxa çıxdı: SƏBƏB NƏDİR? – VİDEO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İşıq sayğacına yüklənən məbləğin bir hissəsinin balansda görünməməsi, yoxa çıxması növbəti dəfə vətəndaş narazılığına səbəb olub.

presstvaz xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə vətəndaş bildirir ki, sayğac balansına 20 manat yükləsə də, sistemdə cəmi 18 manatın əlavə olunduğunu görüb.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, yaranan fərq sabit tarif tətbiqi ilə əlaqədardır.

“Sabit tarifə əsasən hər ay abonentlərdən bir manat tutulur. Bəzi abonentlərdə fevral ayında bu məbləğ çıxılmadığı üçün mart ayının əvvəlində ödəniş edilən zaman iki ayın – fevral və mart aylarının sabit tarifi birlikdə tutulur. Sabit tarif fevral ayının sonuna yaxın tətbiq edildiyindən həmin vaxt ödəniş edilmədikdə məbləğ çıxılmır, növbəti ödəniş zamanı isə sistem tərəfindən tutulur”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, vətəndaşın martın 6-da etdiyi ödəniş zamanı həm fevral, həm də mart ayının sabit tarifi çıxıldığı üçün karta yüklənən məbləğ 18 manat məbləğində əks olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv