ABŞ vitse-prezidenti kuboku əlindən salaraq qırdı: “Ohayodan sonra heç kimin almasını istəmirdim”

ABŞ vitse-prezidenti kuboku əlindən salaraq qırdı: “Ohayodan sonra heç kimin almasını istəmirdim”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #Futbol, #Hadisə, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən tədbir zamanı Ohayo Ştatı Universitetinin futbol komandasının çempionluq kubokunu təsadüfən əlindən salaraq qırıb.

presstvaz-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilib ki, hadisə ABŞ Prezidenti Donald Trampın “Buckeyes” komandasını Amerika futbolu üzrə milli çempionatın pley-off mərhələsində qələbələrindən sonra qəbul edərkən baş verib.

Kadrlardan görünür ki, qızıl, bürünc və paslanmayan poladdan hazırlanan 35 funt (təxminən 16 kq) ağırlığında olan kuboku yerə düşməzdən əvvəl oyunçular tuturlar. Ancaq onun 30 funt (təxminən 13.5 kq) ağırlığında olan altlığı qopub.

Hadisədən sonra vitse-prezident kuboku onun altlığından ayrı tutmaq məcburiyyətində qalır.

Ohayo Ştatı Universitetinin məzunu olan Vens baş verənlər barədə özünün “X” sosial şəbəkə hesabında zarafat edib:

“Ohayo ştatından sonra heç kimin kuboku almasını istəmirdim, ona görə də onu sındırmağa qərar verdim”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv