Fövqəladə Hallar Nazirliyindən dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyindən dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT






presstv

"Presstv"az #Audi, #Dəm qazından zəhərlənmə, #Hadisə, #Təcili Tibbi Yardım, #YouTube, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırır. Nəzərə alınmalıdır ki, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər.

presstvaz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində bildirilib.

Qeyd edilib ki, bu istiqamətdə FHN-in apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də dəm qazının törətdiyi faciəli hadisələr baş verir.

Yuxarıda qeyd olunanları, habelə dəm qazının iysiz olduğunu və hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

– istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;

– cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

– havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

– hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

– tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

“Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.

Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!” – müraciətdə qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv