Cari ildə Azərbaycana yatırılan xarici investisiya kəskin artıb

Cari ildə Azərbaycana yatırılan xarici investisiya kəskin artıb






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #Avto, #Bakı, #Birləşmiş Ərəb Əmirlikləri, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #Gəncə şəhəri, #Günəş, #Hindistan, #İran, #Macarıstan, #Meşə, #Mingəçevir şəhəri, #Nəqliyyat, #Özbəkistan, #Qarabağ Universiteti, #Rusiya, #Sağlamlıq, #Təhsil, #Türkiyə, #Xankəndi şəhəri, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 16 milyard 658.9 milyon manat investisiya yönəldilib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8.5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8.3 faiz artıb. Ümumi sərmayənin 8 421.2 milyon manatı və ya 50.6 faizi məhsul istehsalı sahələrinin, 5 614.3 milyon manatı və ya 33.7 faizi xidmət sahələrinin, 2 623.4 milyon manatı və ya 15.7 faizi isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi investisiyaların 51.1 faizi dövlət, 48.9 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 76.2 faizi tikinti-quraşdırma işlərinə yönəldilib. Daxili mənbələr hesabına əsas kapitala yönəldilmiş investisiyalar ümumi sərmayənin 78 faizini təşkil edib.

2025-ci ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş investisiyaların sahələr üzrə bölgüsündə sənayenin payı 41 faiz olub. Tikinti sahəsinə investisiyaların 23.5 faizi, nəqliyyat və anbar təsərrüfatına 23.1 faizi yönəldilib. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinin payı 2.1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payı 1.8 faiz, informasiya və rabitənin payı 1.7 faiz, təhsilin payı 1.5 faiz, dövlət idarəetməsi və müdafiə, sosial təminatın payı 1.4 faiz təşkil edib. Maliyyə və sığorta fəaliyyəti üzrə investisiyaların xüsusi çəkisi 1.1 faiz, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət üzrə 1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə 0.8 faiz, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi üzrə 0.6 faiz, inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə 0.2 faiz, peşə, elmi və texniki fəaliyyət, eləcə də daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə isə hər biri 0.1 faiz olub.

Sahələr üzrə investisiyaların həcminə gəldikdə, yanvar-noyabr aylarında sənayeyə 6 milyard 824.7 milyon manat sərmayə qoyulub. Bunun 4 milyard 610.3 milyon manatı mədənçıxarma sənayesinin, 538.8 milyon manatı emal sənayesinin, 1 milyard 433.5 milyon manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinin, 242.1 milyon manatı isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşüb. Tikinti sahəsinə yönəldilmiş investisiyaların həcmi 3 milyard 921.1 milyon manat, o cümlədən mənzil tikintisinə 2 milyard 623.4 milyon manat təşkil edib. Nəqliyyat və anbar təsərrüfatına 3 milyard 847.7 milyon manat, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinə 349.4 milyon manat, informasiya və rabitəyə 288.4 milyon manat, maliyyə və sığorta fəaliyyətinə 179.5 milyon manat investisiya yönəldilib. Təhsil sahəsinə 245.0 milyon manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsinə 239.6 milyon manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsinə 95.1 milyon manat sərmayə qoyulub.

Hesabat dövründə neft-qaz sektoruna ümumilikdə 4 milyard 717.5 milyon manat investisiya yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilən 11 milyard 941.4 milyon manatlıq investisiyanın 2 milyard 107.2 milyon manatı və ya ümumi sərmayənin 12.6 faizi qeyri neft-qaz sənayesi sektorunda istifadə olunub.

2025-ci ilin yanvar-noyabr aylarında ölkənin müxtəlif regionlarında bir sıra mühüm sosial və istehsal təyinatlı obyektlər istifadəyə verilib. Bakı şəhərində Dövlət Gömrük Komitəsinin yeni inzibati binası, qəlyanaltı məhsullarının istehsalı zavodu, Özbəkistan səfirliyinin yeni binası, Səməd Vurğun adına Yaradıcılıq Evi, park və Zəfər muzeyi, “AZWOOL” mineral daş yunu zavodu istifadəyə verilib. Gəncə şəhərində Gəncə Avtoparkı, Gəncə Memorial Kompleksi və Gəncə Stadionu, Mingəçevir şəhərində “8 Noyabr” elektrik stansiyası fəaliyyətə başlayıb. Xankəndi şəhərində “Xankəndi” Biznes Mərkəzi, Konqres Mərkəzi, Qarabağ Universitetinin Klinikasının binası və Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu istifadəyə verilib.

Bununla yanaşı, Sumqayıt şəhərində tikinti kimyəvilərinin istehsalı zavodu və yük, xüsusi təyinatlı avtomobil istehsalı müəssisəsi, Abşeron rayonunda dərman preparatları istehsalı müəssisəsi, Ağdam rayonunda Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin birinci mərhələləri, təhsil və məktəbəqədər müəssisələr, Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi istifadəyə verilib. Digər regionlarda da günəş və su elektrik stansiyaları, istehsal müəssisələri, logistika, təhsil, səhiyyə, idman və mədəniyyət obyektləri istismara buraxılıb.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 3 milyard 592.6 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31.3 faiz çoxdur. Xarici investisiyaların 97.9 faizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, İsveçrə, Yaponiya, İran İslam Respublikası, Macarıstan, Fransa və Hindistan sərmayədarlarının payına düşüb.

Hesabat dövründə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82.5 faizi inşa, yenidənqurma və bərpa, 8.3 faizi əsaslı təmir, 6.0 faizi cari təmir, 3.2 faizi isə digər tikinti işləri olub. Ümumi inşaat işlərinin 89.9 faizi qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri tərəfindən icra edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv