Hulusi Akar: “Qarabağ zəfəri türk dünyası üçün qürurdur”

Hulusi Akar: “Qarabağ zəfəri türk dünyası üçün qürurdur”






presstv

"Presstv"az #Azərbaycan, #Milli Məclis, #Süni intellekt, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu gün regionlarda gərginliklərin artdığı, iqtisadi problemlərin yarandığı dönəmə gəlmişik. Bu baxımdan, belə tədbirlərin keçirilməsi olduqca vacibdir”.

presstvaz xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA-ya üzv parlamentlərin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib.

O bildirib ki, təhdidlər təkcə hərbi deyil, həm də iqtisadi, iqlim dəyişiklikləri problemləri yaradıb:

“Türkiyə qlobal problemlərin həll olunmasında əsas rol oynamağa çalışır. Milli təhlükəsizliyin qorunması güclü ordudan asılıdır. Azərbaycanın Qarabağda əldə etdiyi uğur bunu bir daha təsdiq edir. Qarabağ zəfəri bütün dünya üçün örnək olub. Bu, türk dünyası üçün qürurdur. Beynəlxalq təhdidlərə qarşı olmalıyıq, iqtisadi problemlərə qarşı birgə çalışmalıyıq. Süni intellektin müdafiə sahəsindəki köməyindən istifadə etməliyik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv