Qatı duman Muğanlı-İsmayıllı yolunda sürücülərə çətinlik yaratdı

Qatı duman Muğanlı-İsmayıllı yolunda sürücülərə çətinlik yaratdı






presstv

"Presstv"az #Audi, #Avto, #Nəqliyyat, #Qatı duman, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Muğanlı-İsmayıllı avtomobil yolunun 12-ci kilometrliyində müşahidə olunan qatı duman sürücülərə çətinlik yaradır.

Sürücülər yaxın vuran işıqlardan istifadə etməklə ara məsafəsini qorumağa və aşağı sürətlə hərəkət etməyə çalışırlar. Havanın yağmurlu və şaxtalı keçməsi yolun buzlaşmasına səbəb olub ki, bu da qəza riskini artırır.

“Çox çətinlik çəkirik, sürücülər yollarda qalırlar. Hər kəsdən xahiş edirəm ki, ehtiyatlı olsunlar, balaları evdə onları gözləyirlər”, – deyə sürücü Əzizxan Bədəlov söyləyib.

Dumanlı hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bildirilib ki, dumanlı havanın digər hərəkət iştirakçılarına, eləcə də yollardakı nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına nəzarət etmək, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur:

“Həmçinin bu cür havalarda yolun hərəkət hissəsi və kənarlarının aydın görünməsində çətinlik yarandığını nəzərə alaraq, piyadalardan da yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv