Ceyhun Bayramov: “Yürütdüyümüz müstəqil xarici siyasət sayəsində Qərbin planları puça çıxarıldı”

Ceyhun Bayramov: “Yürütdüyümüz müstəqil xarici siyasət sayəsində Qərbin planları puça çıxarıldı”






presstv

"Presstv"az #ABŞ, #Anadolu, #ATƏT-in Minsk Qrupu, #Avropa, #Azərbaycan, #Ceyhun Bayramov, #Emmanuel Makron, #Ermənistan, #Fransa, #Müharibə, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Yürütdüyümüz müstəqil xarici siyasət və başda qardaşımız Türkiyə olmaqla dost ölkələrin dəstəyi sayəsində Qərbin planları puça çıxarıldı”.

presstvaz xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiyanın Qarabağ probleminin həllində əməli addım atmadığını diqqətə çatdıran nazir bildirib ki, üç ölkə işğalın başa çatdırılması üçün Ermənistana heç bir təzyiq göstərməyib:

“İşğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıblar. Öz ərazi bütövlüyünü təmin etdiyi üçün Azərbaycanı cəzalandırmağa cəhd göstərdilər. Onların başında Fransa və şəxsən Emmanuel Makron gəlir. BMT Təhlükəsizlik Şurasında müzakirələr apararaq Azərbaycanı cəzalandırmaq istədilər. Avropa İttifaqında Azərbaycana sanksiya tətbiq etməyə çalışdılar”.

Bu səylərin heç birinin uğurlu olmadığını vurğulayan C.Bayramov əlavə edib ki, ABŞ-də də Demokratların iqtidarı dövründə Ermənistana dəstək göstərilib və 30 il ərzində işğalçıya heç nə deməyiblər:

“Azərbaycan ərazi bütövlüyünü təmin edəndə cəzalandırmağa və təzyiq göstərməyə çalışıblar. Amma yürütdüyümüz müstəqil xarici siyasət və başda qardaşımız Türkiyə olmaqla, dost ölkələrin dəstəyi sayəsində Qərbin planları puça çıxarıldı”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv