İranda səkkiz Pakistan vətəndaşı güllələndi: Şahbaz Şərif Tehrana çağırış etdi

İranda səkkiz Pakistan vətəndaşı güllələndi: Şahbaz Şərif Tehrana çağırış etdi






presstv

"Presstv"az #Avto, #Hadisə, #İran, #Pakistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranda səkkiz Pakistan vətəndaşı öldürülüb.

presstvaz “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, aprelin 12-i səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Mehristan şəhərində azı 8 Pakistan vətəndaşı naməlum silahlı şəxslər tərəfindən güllələnib.

Məlumata görə, yaraqlılar avtomobil təmirçisi işləyən pakistanlıları əl və ayaqlarını bağladıqdan sonra qətlə yetiriblər.

Öldürülən Pakistan vətəndaşlarından beşinin kimliyi açıqlanıb. Hələlik təqsirkarların kimliyi bəlli deyil.

Pakistanın Baş naziri Şahbaz Şərif Pakistan vətəndaşlarının qətli ilə nəticələnən terror aktını pisləyib. O, İranı təqsirkarları üzə çıxarmağa və onları cəzalandırmağa çağırıb:

“İran hökuməti təkcə cinayətkarları həbs etməməli, həm də bu iyrənc hadisənin səbəblərini ictimaiyyətə izah etməlidir”.

.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv