Azərbaycan tələbələrinin ilk kub formasında peykinin kosmosa çıxarılması planlaşdırılır

Azərbaycan tələbələrinin ilk kub formasında peykinin kosmosa çıxarılması planlaşdırılır






presstv

"Presstv"az #ABŞ, #Avstraliya, #Azərbaycan, #Kosmos, #Nəqliyyat, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu il Azərbaycan tələbələrinin ilk kub formasında peykinin (“cubesat”) kosmosa çıxarılması planlaşdırılır.

presstvaz xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) Kosmik Akademiyasının rəhbəri İmran Muxtarov deyib.

İmran Muxtarov qeyd edib ki, akademiyanın cəmi 6 aydır fəaliyyət göstərməsinə baxmayaraq, artıq 8 beynəlxalq layihə icra olunur:

“Mövcud fiziki akademiyamızın rəqəmsal forması yaradılır. Rəqəmsal Akademiyanın məqsədi türk dövlətlərindən olan tələbələri alimləri kosmik sahədə əməkdaşlığa cəlb etməkdir. Artıq Qazaxıstan, Özbəkistan, Türkiyə olmaqla türk dövlətlərindən olan 21 universitetlə əlaqə qurmuşuq”.

O bildirib ki, əsas hədəflərdən biri beynəlxalq kosmik təhsil məşvərət şurasına üzv olmaqdır:

“Artıq 3 fazalı müzakirələr bitib və onların indi uğurlu cavabını gözləyirik. 632 elmi məqalə ilə bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək Astronavtika konqresində ölkəmiz ABŞ-dən sonra 2-ci yerə sahib olub. Türkiyə də daxil olmaqla bütün bu regionda kosmik akademiyalar mövcud deyil. Akademiyamızın məqsədi Azərbaycanın kosmik sənaye gücünü dünyaya təcrübə mübadiləsi ilə tanıtmaqdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv