Aktyorla arvadını qətlə yetirən şəxsə ömürlük cəza verildi

Aktyorla arvadını qətlə yetirən şəxsə ömürlük cəza verildi






presstv

"Presstv"az #Aktyor, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Hakim, #Münaqişə, #Nəsimi Rayonu, #Salyan, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtda aktyor İosif Tkaç və onun həyat yoldaşı Lyudmila Tkaçı qətlə yetirməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

presstvaz-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən İslam Hadıyevin ömürlük azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm oxunaraq İslam Hadıyev ömürlük azadlıqdan məhrum edilib

Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda baş verib.

1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Mixaylovna Tkaçı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qətlə yetirilən İosif Tkaç 1997-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyib. Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb.

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən İslam Hadıyev aktyorun evində əvvəllər usta kimi çalışıb və bu müddət ərzində də yaşlı ər-arvadın etibarını qazanıb.

Aktyor evindən oğurlanan 50 min manata görə İslam Hadıyevi ittiham edib. Münaqişə də bundan sonra başlayıb. İosif Tkaç və arvadı Lyudmila Tkaç pulu qaytarmayacağı təqdirdə İ.Hadıyevdən polisə şikayət edəcəklərini bildiriblər.

İ.Hadıyev də son dəfə onların yaşadıqları mənzilə gələrək ər-arvadı öldürüb və daha sonra Salyan rayonuna qaçıb. Qaçdığı Salyan rayonunda da polis əməkdaşları tərəfindən saxlanılıb.

Onu da qeyd edək ki, aktyorla yanaşı qətlə yetirilən həyat yoldaşı Lyudmila Tkaç respublikanın tanınmış pedaqoqu olub.

Təqsirləndirilən barədə Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv