Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub

Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #Leyla Əliyeva, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aprelin 9-da Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “İndi al! Müştəriyə tələ” sənədli filmi nümayiş olunub.

presstvaz xəbər verir ki, bu barədə IDEA İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, tədbirin açılışında nümayişə qatılan 400-ə yaxın gəncə məsuliyyətli istehlakın əhəmiyyəti, mövcud istehlak mədəniyyətinin ətraf mühitə uzunmüddətli təsirləri, eləcə də gənclərin ekoloji davamlılığa töhfə vermələri üçün gündəlik həyatlarında necə daha məsuliyyətli ola biləcəkləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ekoloji maarifləndirmə və hər bir fərdin istehlak vərdişlərində edəcəyi dəyişikliklər bu sahədə davamlı inkişafa yol aça bilər və gənclər bu prosesin aparıcı qüvvəsinə çevrilməlidir. Bu xüsusda, IDEA tərəfindən həyata keçirilən tədbir və layihələrin ekoloji düşüncə tərzinin formalaşdırılması, gənclərin maarifləndirilməsi, eləcə də sağlam və dayanıqlı həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Daha sonra sənədli film nümayiş olunub.

Qeyd edək ki, “İndi al! Müştəriyə tələ” sənədli filmi Böyük Britaniyanın “Grain Media” şirkəti tərəfindən istehsal olunub. Rejissor Nik Steysinin ekranlaşdırdığı sənədli filmdə aparıcı beynəlxalq korporasiyalar və elektron ticarət platformaları tərəfindən tətbiq olunan marketinq strategiyaları, müasir istehlak vərdişlərinin ətraf mühitə mənfi təsiri və sözügedən problemin aradan qaldırılması yolları barədə bəhs edilir. Bir sıra qlobal şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışmış şəxslərlə aparılan müsahibələr, müvafiq statistik məlumatlar və nümunələr vasitəsilə bu tendensiyaların doğurduğu risklər filmdə ətraflı işıqlandırılıb.

IDEA İctimai Birliyi hər kəsi gündəlik həyatında məsuliyyətli istehlak vərdişlərini formalaşdırmağa, eləcə də daha yaşıl və dayanıqlı gələcək naminə birgə addımlar atmağa çağırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv