Müğənninin ərinə xəyanət etdiyini dediyi veriliş barədə ARAŞDIRMA APARILIB

Müğənninin ərinə xəyanət etdiyini dediyi veriliş barədə ARAŞDIRMA APARILIB






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Audiovizual Şura, #Azərbaycan, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Space TV”də yayımlanan “Tarixin bir günü” verilişində efir etikası və ictimai dəyərlərlə ziddiyyət təşkil edən fikirlərin səsləndirilməsi ilə bağlı iddia sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. Verilişin aparıcısı Tarix Əliyev (Tolik) qonağı müğənni Nüşabə Musayevadan xəyanət edib-etmədiyini soruşub. Qonaq isə xəyanətlə üzləşdiyini, buna cavab olaraq özü də xəyanət etdiyini açıq şəkildə və təbəssümlə dilə gətirib.

Qonağın bu davranışı haqlı və müsbət bir hərəkət kimi təqdim etməsi, aparıcının isə bu açıqlamaları daha da təfərrüatı ilə öyrənməyə çalışması müzakirələri bir qədər də alovlandırıb.

Sözügedən çıxışlar sosial şəbəkə istifadəçiləri tərəfindən ailə dəyərlərinə, ictimai əxlaq normalarına və ümumi mənəvi prinsiplərə zidd kimi qiymətləndirilib. İzləyicilər hesab edirlər ki, bu tip efir çıxışları xüsusilə gənclər üçün zərərli mesajlar verir və onların davranış modellərinə mənfi təsir göstərə bilər.

presstvaz bildirir ki, məsələ ilə bağlı Oxu.az-ın sorğusuna cavab olaraq Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib ki, Azərbaycan Respublikası Audiovizual Şurasının aidiyyəti struktur bölmələri tərəfindən sözügedən fikirlərin efirdə səsləndirilməsi iddiası ilə bağlı müvafiq qaydada araşdırma aparılıb:

“Araşdırmanın nəticələrinə görə, bu il aprelin 9-da 14:45-17:00 efir vaxtında “Space TV”də yayımlanan “Tarixin bu günü” proqramında iddia olunan fikirlərin efirdə yayımlanmadığı aşkar olunub”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv