Afrika liderləri Avropa ölkələrini məhkəməyə verəcəklər

Afrika liderləri Avropa ölkələrini məhkəməyə verəcəklər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Afrika İttifaqına üzv dövlətlər kölə ticarəti ilə bağlı Qərbi Avropa ölkələrinə qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmağı planlaşdırır.

presstvaz xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Afrika dövlətləri məhkəmələr vasitəsilə Böyük Britaniya, İspaniya, Portuqaliya və Fransadan təzminat tələb etmək niyyətindədirlər. Qeyd olunub ki, onlar trans-Atlantik kölə ticarətinin bəşəriyyətə qarşı cinayət olduğunu düşünürlər. Uqandalı hakim və Aİ-nin hüquq məsləhətçisi Martin Okumu Masiqa qəzetə verdiyi müsahibədə tarixi cinayətlərə görə kompensasiya almaq üçün presedentlərin mövcudluğuna diqqət çəkib.

“Tarixi ədalətsizliyə görə təzminatlar onilliklər sonra da mümkündür. Almaniya Holokost üçün təzminat ödəyib. ABŞ İkinci Dünya Müharibəsi zamanı həbsdə olan yaponəsilli amerikalılara kompensasiya ödəyib. Böyük Britaniya Keniyada müstəmləkə hakimiyyəti dövründə törədilmiş kobud insan hüquqları pozuntularının qurbanlarına kompensasiya ödəyib”, – deyə hüquq məsləhətçisi qeyd edilib.

Son illərdə Karib dövlətləri də Böyük Britaniyanın 17-ci və 18-ci əsrlərdə həyata keçirdiyi kölə ticarəti üçün təzminat ödəməsinin vacibliyi barədə daha aktiv müzakirələr aparırlar. Xatırladaq ki, 2024-cü ilin oktyabrında Samoada keçirilən Birlik sammitində təzminat məsələsinin müzakirəsinə başlamaq zərurəti ilə bağlı bəndin daxil olduğu kommünike qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv