Suqovuşan sakini: “Uşaqkən tərk edib uğrunda qan tökdüyümüz kəndimizə daimi köçürük”

Suqovuşan sakini: “Uşaqkən tərk edib uğrunda qan tökdüyümüz kəndimizə daimi köçürük”






presstv

"Presstv"az #Müharibə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suqovuşan kənd sakini, Vətən müharibəsi qazisi Nəcəf Hacıyev uşaq yaşlarında tərk edib uğrunda qan tökdüyü doğma kəndlərinə artıq daimi köçdüklərini bildirib.

presstvaz “Report”a istinadən xəbər verir ki, o açıqlamasında ata yurduna köçdükləri üçün çox sevincli olduğunu və bundan sonra qalan ömrünü burada keçirəcəyini bildirib.

N.Hacıyev atasının Birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu, özünün də Vətən müharibəsi zamanı yaralandığını söyləyib:

“Müharibə başlayanda döyüş əməliyyatlarında iştirak etmişəm. Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanmışam. Torpaqlarımız azad ediləndə çox sevindik. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Düzdür, azad edildikdən sonra Suqovuşana çox gəlmişəm. Amma bu gedişimiz xüsusilə dəyərlidir. Çünki uşaq yaşlarında tərk edib uğrunda qan tökdüyümüz doğma kəndimizə artıq daimi köçürük. Bundan sonra qalan ömrümüzü burada keçirəcəyik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv