XİN: “Ermənistan beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb edilməlidir”

XİN: “Ermənistan beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb edilməlidir”






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Bakı, #DNT, #Ermənistan, #Məcburi köçkün

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rəsmi Bakı beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə səylərinə dəstək verməyə və Ermənistanı beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb etməyə çağırır.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın azad edilmiş ərazilərində minaların yaratdığı ciddi təhlükəyə nəzər salmaq vacibdir:

“Ermənistanın onilliklər boyu davam edən işğalı nəticəsində 2020-ci ildən bəri 388 Azərbaycan vətəndaşı mina qurbanı olub. Azad edilmiş əraziləri çirkləndirən minalar mülki şəxslərin həyatını təhlükə altında saxlamaqda davam edir, keçmiş məcburi köçkünlərin geri qayıtmasına maneə törədir və yenidənqurma işlərini əngəlləyir”.

Məlumatda vurğulanıb ki, minatəmizləmə fəaliyyəti gözləyə bilməz:

“Azərbaycan öz xalqı üçün minalardan azad, təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün öhdəliyinə sadiq qalır və qətiyyətlidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv