Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniya və İspaniya diplomatik korpusunun əməkdaşları Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə olunublar.

presstvaz “Report”a istinadla xəbər verir ki, 13 Almaniya və altı İspaniya diplomatı, eləcə də üç Azərbaycan vətəndaşı və bir Banqladeş vətəndaşının təxliyəsi həyata keçirilib.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar

Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir.

presstvaz “Report”a istinadən xəbər verir ki, saat 18:00-dan 21:00-a qədər 76 nəfər İrandan Azərbaycana təxliyə olunub.

Təxliyə olunanlardan bir nəfəri Avstriyanın səfiri, səkkiz nəfəri (bir ABŞ, iki Yaponiya, bir Pakistan, dörd Avstriya) isə İranda fəaliyyət göstərən xarici səfirliklərin diplomatları olub.

Bundan başqa üç Azərbaycan, 11 Yaponiya, beş Özbəkistan, iki Nigeriya və 42 Çin vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.

Pakistanın daha dörd vətəndaşı Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, təxliyə edilənlərdən biri isə diplomatdır.

Qeyd edək ki, ümumilikdə 123 Pakistan vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.

Avstriyanın beş diplomatı İrandan Azərbaycana təxliyə edilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, onların təxliyəsi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Qeydiyyat prosedurlarından sonra diplomatlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Onların arasında Avstriyanın Tehrandakı səfiri Fridrix Ştift də var.

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar

7 mart saat 14:00-dək olan məlumata əsasən, daha iki Nigeriya vətəndaşı Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilib.

presstvaz xəbər verir ki, bu barədə “Report”un Cənub bürosu xəbər verir.

Qeyd edək ki, bundan əvvəl beş Nigeriya vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunublar

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1761 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

presstvaz “Report”a istinadla xəbər verir ki, onlar 66 ölkənin vətəndaşlarıdır.

Belə ki, fevralın 28-i saat 08:00-dən martın 7-si saat 10:00-a qədər sərhədi 297 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 487, Rusiyanın 282, Tacikistanın 173, Pakistanın 118, Omanın 57, İtaliyanın 44, İndoneziya 32, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, İranın 21, Fransa 16, Gürcüstanın 13, Bolqasıtan 10, Konqo 10, Braziliyanın səkkiz, Britaniya səkkiz, Belarus, Özbəkistan hərəsinin yeddi, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın, Kanadanın hərəsinin altı, Serbiya və Nigeriyanın, Qazaxıstanın, Əfqanıstan, Çexiya hərəsinin beş, Bəhreyin, İordaniya, İsveçrə, Şri-Lanka, Yaponiyanın, Ukrayna, Türkiyənin, Macarıstanın, Belçikanın, Küveytin hərəsinin dörd, Qətər, Banqladeş, Meksika, Filippin, Finlandiya, Rumıniya, Xorvatiyanın hərəsinin üç, Nepal, Livan, Qırğızıstan, Yəmən, Sudan, Hindistan, Kiprın hərəsinin iki, Polşa, Avstraliya, Tunis, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, İsveç, Almaniya, Vatikanın hərəsinin bir vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv