Gürcüstan PA-nın sabiq rəhbəri: “Azərbaycanın dronla hücuma məruz qalması qəbuledilməzdir”

Gürcüstan PA-nın sabiq rəhbəri: “Azərbaycanın dronla hücuma məruz qalması qəbuledilməzdir”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Humanitar və konstruktiv mövqeyinə baxmayaraq İran tərəfindən Azərbaycana qarşı dronla hücumun baş verməsi ciddi narahatlıq doğurur və qəti şəkildə pislənməlidir”.

presstvaz xəbər verir ki, bunu “Report”a Gürcüstan Prezident Administrasiyasının sabiq rəhbəri, siyasi şərhçi, professor Petre Mamradze bildirib.

Onun sözlərinə görə, bütün dövlətlər Cənubi Qafqazda sülhün, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına çalışmalıdırlar.

Mamradze vurğulayıb ki, Azərbaycan Gürcüstan üçün həm qardaş xalq, həm də strateji tərəfdaşdır və Naxçıvan Muxtar Respublikası ərazisində baş verən hadisələr barədə məlumat yayılan kimi Gürcüstanın rəsmi qurumları dərhal Bakı ilə əlaqə saxlayaraq həmrəyliklərini ifadə ediblər:

“Gürcüstan hökuməti hadisəyə operativ reaksiya verərək Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirib. Gürcüstanın əsas mövqeyi ölkə ərazisinin hər hansı hərbi əməliyyatlar üçün istifadə olunmasına imkan verməməkdir. Regionda gərginliyin artmasının qarşısını almaq və sülhü qorumaq Tbilisi üçün prioritetdir.

Xüsusilə narahatlıq doğuran məqam Azərbaycan təhlükəsizlik qüvvələrinin vaxtında qarşısını aldığı mümkün terror planlarıdır. Planlaşdırılan hücumlar arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərinə zərbə endirilməsi, həmçinin Bakıda İsrail səfirliyi və sinaqoqa qarşı hücum ehtimalı da var idi”.

Siyasi şərhçi əlavə edib ki, regionda sabitliyin qorunmasında Türkiyə ilə Azərbaycan arasında “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan yaxın münasibətlər də mühüm rol oynayır. Onun fikrincə, bu əməkdaşlıq Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün mühüm təminatlardan biridir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv