Ayqul Japarova Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Ayqul Japarova Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Mehriban Əliyeva, #Novruz bayramı, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.

presstvaz   xəbər verir ki,  təbrik məktubunda  deyilir:

“Hörmətli Mehriban xanım.

Təbiətin yenilənməsinin rəmzi olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Tarixən birliyi, harmoniyanı və qarşılıqlı anlaşmanı tərənnüm edən Novruz bayramı saf düşüncələrlə, nəcib arzularla yeni ilin başlanğıcı kimi qeyd olunur.

Qoy Novruz bayramı parlaq anlarla, səmimi görüşlərlə dolu yeni imkanların başlanğıcına çevrilsin.

Hörmətli Mehriban xanım, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.

Ayqul Japarova Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə də AZƏRTAC edib.

“Bütün müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Qoy Ulu Tanrı bu müqəddəs ayda gördüyümüz bütün xeyirxah işləri qəbul etsin, mübarək bayram hüzur və xoşbəxtliyimizi artırsın.

Bəşəriyyəti şəfqət və mərhəmətə aparan, yüksək dəyərlərin təcəssümü olan bu bayram hər bir evə səadət və ruzi-bərəkət gətirsin, qardaş xalqlarımıza isə sülh və əmin-amanlıq bəxş etsin.

Hörmətli Mehriban xanım, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, ailə səadəti, rifah və uğurlar arzulayıram”.\azərtac/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv