Tailandda bir həftədə 300-ə yaxın yeraltı təkan qeydə alınıb

Tailandda bir həftədə 300-ə yaxın yeraltı təkan qeydə alınıb






presstv

"Presstv"az #Güclü zəlzələ, #Tailand, #Yeraltı təkanlar, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailandda martın 28-dən etibarən ölkə ərazisində qonşu Myanmada baş vermiş güclü zəlzələ nəticəsində ümumilikdə 288 yeraltı təkan qeydə alınıb.

presstvaz-ın verdiyi məlumata görə, Tailand Meteorologiya Departamenti bu barədə hesabat yayıb.

Bildirilib ki, çoxsaylı afterşoklara baxmayaraq, onlar Tailandda əhəmiyyətli təsir göstərməyib.

Statistika göstərir ki, yeraltı təkanların əksəriyyəti Rixter şkalası ilə 3.0-dan 3.9-a qədər maqnitudaya malik olub. 4.0-dan 4.9-a qədər orta güclü afterşoklar 58 dəfə, 5.0-dan 5.9-a qədər daha güclü təkanlar isə 10 dəfə qeydə alınıb. Qalan yeraltı titrəyişlərin maqnitudası 3.0-dan az olub.

Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand meteorologiya departamentinin məlumatına görə, onun maqnitudası 7.9 gücündə olub. Zəlzələ qurbanlarının sayı 3000 nəfəri keçib.

Zəlzələdən Tailand da zərər çəkib, güclü təkanlar Banqkok və ətrafında, həmçinin krallığın şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində hiss edilib. Tailand paytaxtında zəlzələdə ölənlərin sayı 36 nəfərə çatıb. Zəlzələ zamanı Banqkokda dağılan binanın yerində axtarış-xilasetmə əməliyyatı davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv