Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir

Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səhər yeməyi gözəl bir günün açarı ola bilər. 42 ölkədən 155 mindən çox uşağın məlumatlarını araşdıran mütəxəssislər bildirib ki, səhər yeməyi vacibdir.

presstvaz xəbər verir ki, səhər yeməyi yeməyən uşaqlar günboyu əzgin, bikef olurlar. Yeni qlobal araşdırma, ən vacib yemək olan səhər yeməyini atlamanın uşaqların həyat məmnunluğuna təsirini ortaya çıxarıb. Araşdırmada 42 ölkədən 155 mindən çox uşağın məlumatları yer alıb.

Alimlər 2017-2018-ci illərdə məktəbə gedən və ölkə üzrə təmsil olunan nümunələri özündə əks etdirən Məktəbyaşlı Uşaqlarda Sağlamlıq Davranışı adlı tədqiqatın məlumatlarından istifadə ediblər. 10-17 yaş arası tələbələrin iştirak etdiyi araşdırmada uşaqlar həyatdan məmnunluq səviyyələrini özləri bildiriblər. Alimlər müəyyən ediblər ki, hər gün səhər yeməyi yeməklə uşaqların xoşbəxtliyi arasında demək olar ki, xətti əlaqə var.

Tədqiqatlar göstərir ki, səhər yeməyi yeməyən yeniyetmələrin əhval-ruhiyyəsi aşağıdır, həmçinin narahatlıq, stress və depressiya səviyyəsi daha yüksəkdir. Birləşmiş Krallıqdakı universitetlər tədqiqatçıların fikrincə, bu tapıntıların səbəbi düzgün səhər yeməyinin beynin səmərəli işləməsi üçün lazım olan qida və enerji ilə təmin edilməsi ola bilər. (Axşam.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv