Saç tökülməsi ciddi xəstəliklərin siqnalı ola bilər

Saç tökülməsi ciddi xəstəliklərin siqnalı ola bilər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Stress orqanizmdə dəmir çatışmazlığı, B qrupu vitaminlərinin azlığı, yüksək hərarətlə müşayiət olunan infeksiyalar və bəzi dərman preparatlarının qəbulu saç tökülməsinə səbəb ola bilər.

presstvaz xəbər verir ki,  tibb elmləri doktoru, trixoloq Yuliya Qallyamova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, telogen saç tökülməsi – yəni saç follikullarının vaxtından əvvəl istirahət fazasına keçməsi – əksər hallarda gizli dəmirdefisitli anemiya və qida rasionunda zülal çatışmazlığı ilə əlaqəlidir.

Anemiya zamanı qan zərdabında və sümük iliyində dəmirin miqdarı azalır. Bu isə hemoqlobinin və eritrositlərin (qırmızı qan hüceyrələrinin) normal şəkildə formalaşmasına mane olur.

"Saçlar zülal və dəmir çatışmazlığına ilk reaksiya verən strukturlardandır. Çünki resurs çatışmazlığı şəraitində orqanizm ikinci dərəcəli prosesləri müvəqqəti olaraq dayandırır", – deyə trixoloq izah edib.

Həkim saç tökülməsinin klassik səbəbləri sırasında B qrupu vitaminlərinin (B12, B9 və B5) çatışmazlığını, həmçinin qalxanabənzər vəzinin xəstəliklərini də qeyd edib. Daha az nəzərəçarpan amillər arasında isə yüksək hərarətlə müşayiət olunan infeksiyalar yer alır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv