Evdə etdiyiniz bu səhv astmaya səbəb olur – DİQQƏT

Evdə etdiyiniz bu səhv astmaya səbəb olur – DİQQƏT






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis Dr. Klaus Veber klinikasına müraciət edən 45 yaşlı qadın xəstədə astmanın səbəbini araşdırarkən diqqətçəkən faktlar üzə çıxarıb.

presstvaz xəbər verir ki, məlumata görə, astma xəstəliyindən əziyyət çəkən qadında xəstəliyin yaranma səbəbi əvvəlcə müəyyən edilə bilməyib. Dr. Veber xəstənin ev şəraiti ilə bağlı apardığı sorğu zamanı qadının paltarlarını radiator üzərində qurutduğu məlum olub. Bundan sonra evdən hava nümunəsi götürülərək müayinəyə göndərilib.

Aparılan araşdırma nəticəsində hava nümunəsində "Aspergillus" göbələyinə aid sporlar aşkar edilib. Bildirilir ki, bu sporların sıxlığı normal göstəricidən 50 dəfə yüksək olub. Mütəxəssislərin sözlərinə görə, bir dəfə paltar qurutmaq təxminən 2 litr buxar yaradır və pəncərələr bağlı olduqda evdə rütubət səviyyəsi 70-80 faizə qədər yüksəlir. Bu isə göbələklərin sürətlə çoxalması üçün əlverişli şərait yaradır.

Qeyd olunur ki, insanlar bu sporları nəfəs aldıqda, onlar ağciyərlərə yerləşir. İmmunitet sisteminin reaksiyası nəticəsində iltihab yaranır və bu proses astmanın inkişafına səbəb olur.

Araşdırmada ümumilikdə 300 astma xəstəsi iştirak edib. Onlardan 180 nəfərinin paltarlarını evdə, xüsusilə yataq otağında qurudduğu müəyyən edilib. Sağlam nəzarət qrupunda isə bu göstərici cəmi 13 faiz təşkil edib.

Dr. Klaus Veber xəstəsinə yataq otağında paltar qurutmağı qadağan edib. Üç ay sonra aparılan nəzarət müayinələri zamanı qadında astma əlamətlərinin tamamilə yox olduğu və dərman istifadəsinə ehtiyac qalmadığı bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv