İnsanlar Ayda ölümcül patogenləri yaya bilərlər – Alimlərdən XƏBƏRDARLIQ

İnsanlar Ayda ölümcül patogenləri yaya bilərlər – Alimlərdən XƏBƏRDARLIQ






presstv

"Presstv"az #ABŞ, #Bakteriya, #Günəş, #Kanada, #Planet, #Soyuducu, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ və Kanadadan olan beynəlxalq alimlər qrupu narahatedici bir faktı açıqlayıblar: Ayın qütblərindəki daimi kölgəli ərazilər Yer mikroblarını onilliklərlə qoruma qadirdirlər. Bu patogenlər gələcək Ay missiyalarının iştirakçıları üçün təhlükəli ola bilər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə ABŞ-nin Universitet Kosmik Tədqiqatlar Assosiasiyası (USRA) tərəfindən təşkil edilən Ay və Planetlər Elmi Konfransında məruzə edilib.

York və Merilend Universitetlərindən olan mütəxəssislər “Artemis” missiyasının eniş üçün əsas hədəfləri olan Şeklton və Faustini kraterlərindəki şəraiti modelləşdiriblər. Məlum olub ki, əbədi qaranlıq və -250°C-yə qədər soyuq, həmçinin ultrabənövşəyi şüalanmanın olmaması mikroorqanizmlərin qorunması üçün ideal şərait yaradır.

Bakteriya sporları 50 ilə qədər həyat qabiliyyətini saxlaya, üzvi molekullar isə bu cür təbii “soyuducularda” milyonlarla il qala bilər.

Komandanın fikrincə, insanlar demək olar ki, qaçılmaz olaraq daimi kölgəli ərazilərə mikroblar aparacaqlar, çünki skafandrlar hər kvadrat santimetrdə 1 milyona qədər bakteriya saxlayır, kəşfiyyatçı robotlar hətta dezinfeksiyadan sonra steril ola bilməz. Beləliklə, buzun üzvi maddələr üçün analizi yanlış nəticələr verəcək.

“Daimi kölgəli zonalar Ay arxivləridir. Əgər biz onları çirkləndirsək, Günəş sistemini anlamaq üçün “açarları” itirəcəyik”, – deyə müəlliflər xəbərdarlıq ediblər.\oxu.az|


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv