Van Dammın adı Rumıniyada insan alveri ilə bağlı cinayət işində hallandı

Van Dammın adı Rumıniyada insan alveri ilə bağlı cinayət işində hallandı






presstv

"Presstv"az #ABŞ, #Aktyor, #Belçika, #Cinayət işi, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belçikaəsilli ABŞ-li aktyor Jan-Klod Van Damm Rumıniyada yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, insan alveri üzrə kriminal şəbəkə ilə bağlı cinayət işində fiqurant olub.

presstvaz-ın xəbərinə görə, bu barədə “Hotnews” portalı məlumat verib.

“Cinayətlər Kannda həyata keçirilirdi, Van Dammın ittiham olunduğu əməl isə istismara məruz qaldığı məlum olan şəxsin cinsi xidmətlərindən istifadə etməsidir”, – deyə zərərçəkənlərdən birinin adından vəkil tərəfindən Rumıniya Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsinə (DIICOT) verilən bəyanatda bildirilir.

Hadisələrin təxminən 10 il əvvəl aktyorun Kannda olduğu vaxt baş verdiyi və orada fahişəliyə məcbur edilən rumınəsilli beş qızın xidmətlərindən istifadə etdiyi iddia edilir.

Qeyd olunur ki, Van Damm üçün qız seçimi ilə “EuroDemos” qeyri-kommersiya təşkilatının prezidenti və “Kasta Morrely” model agentliyinin sahibi, rumıniyalı sahibkar Morel Bolya məşğul olub. 2022-ci ildə o, yetkinlik yaşına çatmayanların alveri işində əsas müttəhimə çevrilib. İş materiallarında deyilirdi ki, 2000-2016-cı illərdə qızlar, o cümlədən yetkinlik yaşına çatmayanlar bu qeyri-kommersiya təşkilatı və model agentliyi vasitəsilə psixoloji məcburiyyətdən istifadə etməklə cinsi istismarla bağlı fəaliyyətlərə cəlb ediliblər. Hazırda iş üzrə istintaq davam edir.

DIICOT aktyorun adının hallandığı şikayətin verilməsi faktını təsdiqləyib və işin icraata qəbul edildiyini qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv