Türkiyəli müğənni Volkan Konakın vəsiyyəti gündəm oldu: “Basdırmasınlar məni torpağa”

Türkiyəli müğənni Volkan Konakın vəsiyyəti gündəm oldu: “Basdırmasınlar məni torpağa”






presstv

"Presstv"az #Haber Global, #Qara dəniz, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən gün vəfat edən məşhur türkiyəli sənətçi Volkan Konakın vəsiyyəti gündəm olub.

Bu barədə presstvaz “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, sənətçinin 2020-ci ildə “Vəsiyyətim” adı ilə verdiyi açıqlama ölümündən sonra yenidən müzakirə mövzusuna çevrilib.

Konserti zamanı bununla bağlı danışan Volkan Konak torpağa basdırılmaq istəmədiyini dilə gətirmişdi.

“Siz sevənlərimə vəsiyyətimdir, nə olar, mən öləndə basdırmasınlar məni torpağa. Yandırsınlar bütün bədənimi. Və bir qutuya qoyub Qara dənizimin üzərinə bir helikopterlə səpsinlər bütün külümü. Xüsusilə də Trabzonumun üzərinə”, – deyə Konak bildirmişdi.

Xatırladaq ki, müğənni Volkan Konak Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı vəziyyəti pisləşib və huşunu itirərək yıxılıb. İnfarkt keçirən sənətçi xəstəxanaya yerləşdirilib, lakin bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv