Laportadan Messinin “Barselona”ya qayıtma xəbərlərinə REAKSİYA

Laportadan Messinin “Barselona”ya qayıtma xəbərlərinə REAKSİYA






presstv

"Presstv"az #Argentina, #Avto, #Futbol, #İnter Mayami, #Lionel Messi, #Peru

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Barselona”nın prezidenti Xuan Laporta ötən gecə “Jirona”ya qarşı matçdan (4:1) sonra azarkeşlərlə qısa dialoq qurub.

presstvaz xəbər verir ki, klub rəhbəri xidməti avtomobilində stadionu tərk edərkən, ona yaxınlaşan fanatlar Laportadan komandaya bir superulduzun transfer olunmasını xahiş ediblər.

“Lionel Messi və Erlinq Holandı alın” deyən azarkeşlərə X.Laportanın cavabı lakonik olub: “Bizim Lamin Yamalımız var”.

Qeyd edək, artıq bir neçə aydır mətbuatda argentinalı Dünya çempionu Lionel Messinin “Barselona”ya qayıdacağı barədə xəbərlər tirajlanır. Ən son məlumata görə, futbolçu “İnter Mayami”dən gələn ilin yayında ayrılacaq. İddiaya görə, 2026-cı il Dünya çempionatından sonra, Messinin təqdimatı yenilənmiş “Kamp Nou” stadionunun açılışı ilə eyni gündə olacaq və argentinalı bir mövsüm Kataloniya klubunda forma geyindikdən sonra, karyerasını başa vuracaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv