Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub

Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub






presstv

"Presstv"az #ABŞ, #dənizdə, #Donald Tramp, #Gəmi, #Qara dəniz, #Qida məhsulları, #Rəcəb Tayyib Ərdoğan, #Rusiya, #Türkiyə, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qara dəniz təşəbbüsü üzrə görüş Türkiyədə keçirilə bilər”.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “RİA Novosti” diplomatik mənbəyə istinadən məlumat verir.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışıqları zamanı yeni taxıl sazişi məsələsi müzakirə edilib.

“Bilirsiniz, ötən həftə iki ölkənin liderləri arasında telefon danışıqları zamanı Qara dəniz təşəbbüsü də müzakirə edildi. Müəyyən mərhələdə, tərəflərin razılığı ilə, danışıqlar Türkiyədə də keçirilə bilər, Ankarada belə bir hazırlıq var”, – deyə agentliyin həmsöhbəti bildirib.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsini və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan Qara dəniz təşəbbüsünü həyata keçirmək barədə razılığa gəliblər. Sazişin bağlanması üçün şərtlərdən biri “Rosselxozbank”dan sanksiyaların götürülməsidir.

Xatırladaq ki, taxıl sazişi kimi tanınan Qara dəniz taxıl təşəbbüsü Rusiya, Ukrayna, Türkiyə və BMT arasında 22 iyul 2022-ci ildə imzalanıb. Bu, Rusiyadan qida məhsulları və gübrələrin dünya bazarlarına çatdırılmasına, həmçinin Ukrayna limanlarından taxıl və ərzağın təhlükəsiz daşınmasına kömək edirdi. Rusiya 2023-cü il iyulun 17-də ölkəyə qarşı bir sıra öhdəliklərin yerinə yetirilməməsini əsas gətirərək, təşəbbüsün uzadılmasından imtina etdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv