Tramp: “ABŞ 100% Qrenlandiyanı əldə edəcək”

Tramp: “ABŞ 100% Qrenlandiyanı əldə edəcək”






presstv

"Presstv"az #ABŞ, #Çin, #Danimarka, #Donald Tramp, #Gəmi, #Hadisə, #Qrenlandiya, #Rusiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiyanı əldə edəcəyinə dair tam əminliyini bildirib.

presstvaz xəbər verir ki,, o, bu açıqlamanı “NBC News” telekanalına müsahibəsində verib.

“Biz Qrenlandiyanı 100% əldə edəcəyik”, – deyə o vurğulayıb.

Bununla belə, Tramp bunu hərbi güc olmadan etmək üçün yaxşı şansların olduğunu əlavə etsə də, heç nəyi istisna etmədiyini bildirib.

Bunun dünyaya hansı siqnalı verəcəyi barədə soruşulanda isə Tramp məsələnin onu narahat etmədiyini qeyd edib.

“Mən bu barədə düşünmürəm. Bu, məni narahat etmir. Qrenlandiya tamamilə fərqli məsələdir. Bu, beynəlxalq sülh, təhlükəsizlik və güc məsələsidir”, – deyə o vurğulayıb.

ABŞ prezidenti, həmçinin iddia edib ki, Qrenlandiya yaxınlığında Rusiya, Çin və bir çox digər ölkələrin gəmiləri üzür, buna görə də ABŞ dünyaya və ya özünə zərər verəcək hadisələrə icazə verməməlidir.

Xatırladaq ki, martın 13-də Tramp ölkəsinin Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı anneksiya edəcəyinə əmin olduğunu bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv