Türkiyənin vitse-prezidenti Azərbaycan baş nazirinə məktub ünvanlayıb

Türkiyənin vitse-prezidenti Azərbaycan baş nazirinə məktub ünvanlayıb






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Doğum günü, #Əli Əsədov, #İlham Əliyev, #Şuşa, #Təbrik, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

presstvaz xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Baş nazir, əziz qardaşım, doğum günüm münasibətilə göndərdiyiniz səmimi təbrik məktubunuz üçün Sizə təşəkkür etmək istəyirəm. Qarşılıqlı yüksək səviyyəli intensiv səfərlərimiz və təmaslarımız, ölkələrimiz arasında müstəsna qardaşlıq əlaqələrimizin və gündən-günə inkişaf edən əməkdaşlığımızın ruhunu əks etdirir. Prezident İlham Əliyevin bir müddət əvvəl ölkəmizə səfəri və səfər zamanı açılışını etdiyimiz İğdır-Naxçıvan Qaz Kəməri bunun ən bariz nümunələrindən birini təşkil edir. Can Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızı və həmrəyliyimizi həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda və regional mexanizmlərdə nümunəvi səviyyədə davam etdirməkdən məmnunuq. Münasibətlərimizi strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çıxaran Şuşa Bəyannaməsi bizim “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdirdiyimiz qardaşlığımızın yeni nişanəsinə çevrilib. Şuşa Bəyannaməsi ilə yüksək səviyyəyə çatdırdığımız sarsılmaz dostluq və qardaşlıq tellərindən aldığımız güc-qüvvə ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi işinə hər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha qeyd etmək istəyirəm.

Fürsətdən istifadə edərək, Sizi və ailənizi Mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına can sağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv