ABŞ-də “Tesla”ya qarşı 200-dən çox mitinq keçiriləcək

ABŞ-də “Tesla”ya qarşı 200-dən çox mitinq keçiriləcək






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avropa, #Avto, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #İlon Mask, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Martın 29-da ABŞ-nin 30-dan çox ştatında İlon Maskın “Tesla” çirkətinə qarşı 200-dən çox dinc etiraz aksiyaları planlaşdırılıb.

presstvaz xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb.

Qeyd olunur ki, “Tesla”nın demontajı” adlı kampaniya çərçivəsində “dinc etirazlar günü” planlaşdırılıb. Hərəkatın təşkilatçıları Maskın sərvətinin əsasını təşkil edən elektrik avtomobil şirkətinin səhmlərinin satışları və qiymətini aşağı salmaqla, onun siyasi mövqeyinə xələl gətirməyə ümid edirlər. Hərəkatın “Bluesky” onlayn platformasındakı paylaşımında qeyd olunur ki, ABŞ-də “Tesla”nın 277 obyektinin yaxınlığında etiraz aksiyaları keçiriləcək.

Ümumilikdə təşkilatçılar dünya üzrə 500-dən çox mitinqin keçiriləcəyini gözləyirlər. Təşkilatçıların rəsmi “Tesla Takedown” saytında nümayişlərin keçiriləcəyi 30-dan çox ştatında, eləcə də Böyük Britaniya, Fransa və Almaniya kimi Avropa ölkələrində şirkətin 20-dən çox obyektinin ünvanı göstərilir.

“Dinc toplantılar”ın təşkilatçıları hesab edirlər ki, Mask “Tesla”nın hesabına qazandığı sərvətdən istifadə edərək ABŞ-də demokratiyanı məhv edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv